Logo tətbiqi xidmətləri

İşçi geyimlərinə loqotip tətbiqi əməkdaşlara korporativ üslub vermək üçün asan üsuldur
Loqolar bir neçə yolla tətbiq oluna bilər
Logo tətbiqi xidmətləri
Qəlib çapı
Qəlib çapı – xüsusi hazırlanmış qəlib vasitəsilə məhsula boya vurulması üsuludur. Boya məhsullara təzyiqdən istifadə edərək kiçik hüceyrələri olan şəbəkə vasitəsilə tətbiq olunur.
Demək olar ki, bütün növ məhsullara tətbiq oluna bilər, rənglər parlaq olur, tətbiq sahəsi genişdir, kiçik elementləri təsvir etməyə imkan verir
Rəng seçimi zəngin deyil, sintetikaya tətbiq olunmur, qeyri-hamar səthlərə tətbiq etmək mümkün deyil
Tətbiqi yalnız tikiş iynəsi ilə deşilə bilən parçalarda mümkündür. Xırda detalları və ya qradiyenti çatdırmaq həmişə mümkün olmur
Loqotipin məhsula dəqiq tətbiq olunmasına imkan verir, davamlıdır, solmayan parlaq rəngə sahibdir, deformasiyaya uğramır, cəlbedici xarici görünüşə sahibdir, materiala qulluq çətinlik yaratmır
Geyim üzərində tikiş üsulu ən davamlı tətbiq üsuludur. Nisbətən nazik məhsullarda böyük tikiş tətbiq etmək tövsiyə edilmir, çünki bu geyimin ağır olmasına və onun dartılmasına gətirib çıxaracaq.
Tikiş üsulu
Təsvir asanlıqla deformasiyaya uğraya bilər, düzgün istifadə olunmadıqda silinə bilər, seçilmiş material 120° C-dən 200° C-ə qədər olan köçürmə temperaturuna davam gətirmək qabiliyyətinə malik olmalıdır
Mürəkkəb formalı məhsullar üzərinə tətbiq oluna bilir, rənglər parlaq olur, tətbiq olunma ərazisi böyükdür, məhsullar üzərində təsvirin yarım tonlarını və kiçik detallarının əks etdirə bilir
Termal köçurmə çapı
Termal köçürmə çapının köməyi ilə şəkil xüsusi material üzərində çap olunur, daha sonra isə məhsula yapışdırılır. Təsvirlərin işçi geyiminin istənilən detalında tətbiqi mümkündür.

Bu texnologiya istənilən ölçülü və çalarlı elementləri dəqiq şəkildə çap etməyə imkan verir. Termal köçürmə üsulundan qeyri-hamar məhsul olduqda, gödəkçələrdə aktiv şəkildə istifadə olunur.
Çap xidmətlərinin dəyəri fərdi olaraq hesablanır